Dünya

Dörd qızı səkkiz il əsarətdə saxlayan şəxs saxlanılıb - İspaniyada - FOTO

6 Noyabr 2021 10:12
0 Şərh     Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyada ikisi azyaşlı olmaqla dörd qızı əsarətdə saxlayan şəxs saxlanılıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən yayılan xəbərə görə, o, 2014-cü ildə iki qızı və iki bacısı qızlarını analarının icazəsi olmadan özü ilə götürərək Yəməni tərk edib.  

Bu illər ərzində onlar Malayziya, Cənubi Koreya, İndoneziya, Ekvador, Kolumbiya və Türkiyədə olub, nəhayət ötən ilin martında İspaniyanın Mursiya bölgəsinə yerləşiblər.

Qızların acınacaqlı vəziyyətini yerli qeyri-hökumət təşkilatı aşkar edərək müvafiq qurumlara xəbər verib. Onların normal qidalanmadığı və antisanitar şəraitdə yaşadığı bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.