Dünya

Rusiya-Belarus İttifaqının hərbi doktrinası imzalandı

4 Noyabr 2021 22:26
0 Şərh     Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Belarus İttifaqı Ali Dövlət Şurasının onlayn iclası keçirilib.

İclas çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən İttifaq Dövlətinin dekreti imzalanıb.

Sənəddə İttifaqın yaradılması barədə müqavilənin başlıca tələblərinin və müvafiq məqsədli 28 proqramda nəzərdə tutulan tədbirlərin 2021-2023-cü illər ərzində reallaşdırılması istiqamətləri öz əksini tapıb.

Bununla yanaşı, iki ölkə lideri tərəfindən İttifaqının hərbi doktrinası təsdiqlənib.

Qeyd edək ki, Rusiya və Belarus arasında İttifaq Dövlətinin yaradılması barədə saziş 1999-cu il dekabrın 8-də imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.