Rusiya

Rusiya Ukrayna ilə 20 nəzarət-buraxılış məntəqəsini bağlayır

29 İyul 2025 00:23
Baxış: 577
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya hökuməti avqustun 1-dən Ukrayna ilə müqavilə əsasında əvvəllər fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsini rəsmən bağlamaq qərarına gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb.

"Avqustun 1-dən Rusiya ilə Ukrayna arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Rusiya hökuməti ilə Ukrayna hökuməti arasında 1995-ci il 8 fevral tarixli sazişə uyğun olaraq Rusiya Federasiyasının dövlət sərhədindən keçən buraxılış məntəqələri bağlansın" - sənəddə deyilir.

Siyahıya 7 dəmir yolu və 13 avtomobil məntəqəsi daxildir.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.