Hadisə

Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğradı - yaralılar var - YENİLƏNİB - FOTO

29 İyul 2025 00:11
Baxış: 536
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

00:11

Lənkəranda baş verən qəzada xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə saat 19:25 radələrində Lənkəran rayonunun Səpnəkəran kəndindən 103-ə zəng edilib. Dərhal çağırış yerinə təcili tibbi yardım avtomobili ilə sürücü Samir Rüstəmov və feldşer Səfail Fərəcov çıxıb. Təcili tibbi yardım avtomobili rayonunun Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Hüseynağa oğlu Müslümovun idarə etdiyi "Hyundai SantaFe" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi idarəetməni itirərək yoldan çıxıb. Baş verən ağır qəzada "Hyundai SantaFe"nin sürücüsü və avtomobildə sərnişin qismində olan həyat yoldaşı 1969-cu il təvəllüdlü Ülkər Həsənağa qızı Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

İlkin məlumata görə qəzanın baş verməsinə səbəb "Hyundai SantaFe" markalı nəqliyyat vasitəsinin anidən təcili tibbi yardım avtomobilinin qarşısına çıxması olub.

Qeyd edək ki, qəzada xəsarət alan sürücü Z. Müslümov da həkimdir.

Faktla bağlı araşdırma aparılır. Araşdırmadan sonra qəzanın dəqiq baş vermə səbəbləri məlum olacaq.

------------

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağrışa gedən təcili tibbi yardım avtomobili "Hyundai Santa Fe" markalı maşınla toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.