Dünya

Tunis ölkəyə gələn turistlər üçün tələbləri sərtləşdirdi

3 Noyabr 2021 22:30
Baxış: 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tunis hökuməti xarici turistlərin ölkəyə giriş qaydalarını sərtləşdirməyə qərar verib.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, indi bütün ziyarətçilər Tunisə gəlməzdən 72 saat əvvəl edilən mənfi PCR testi ilə təmin edilməlidir. Bundan əlavə, peyvənd olunmamış turistlər təcrid mərkəzlərindən birində bron və vauçer təqdim etməklə öz hesablarına yeddi günlük karantindən keçməlidirlər.

Vauçerdə hava limanından təcrid mərkəzinə transfer xərcləri, yaşayış yeri və təcridin altıncı günündə keçməli olan əlavə PCR testi haqqında məlumat olmalıdır.

"Koronavirusla bağlı epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq, Tunisə gələn sərnişinlərdən, peyvənd statusundan asılı olmayaraq, uçuş hava limanında qeydiyyatdan ən geci 72 saat əvvəl QR kodu ilə mənfi PCR testi təqdim etmələri tələb olunur. 12 yaşından kiçik uşaqlar testdən azaddırlar", deyə milli turizm ofisinin nümayəndəsi Nezha Guider bildirib.

Bütün gələnlər əvvəlcədən internet saytında sorğu vərəqəsini doldurmalı və bütün zəruri təsdiqedici sənədləri rəqəmsal və ya kağız formada aviaşirkətin, daşıma şirkətinin və ya ölkəyə giriş üçün digər məntəqələrin nümayəndələrinə təqdim etməlidirlər. Sərnişinlərdən seçici olaraq sürətli testdən (RDT antigeni) keçmələri istənilir. Müsbət nəticə aşkar edilərsə, səyahətçi virus daşıyıcıları üçün xüsusi mərkəzdə təcrid olunmağa göndərilir.

"Test müsbət çıxdığı halda, gələn şəxs təcrid olunmaq üçün virus daşıyıcıları üçün xüsusi mərkəzə göndəriləcək. Qeyd etmək vacibdir ki, peyvənd edilmiş 18 yaşdan yuxarı şəxsləri müşayiət etməyən yetkinlik yaşına çatmayanlar məcburi karantindən azad edilir", Nezhy Guider deyib.

Janssen peyvəndi ilə peyvəndin tam kursunu 28 gündən gec olmayaraq və qalan peyvəndlər üçün gəlməmişdən ən azı 14 gün əvvəl başa vurmuş turistlər karantindən azad edilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.