Dünya

"Bayraqdar" bizimdir və istifadə haqqımız var!

1 Noyabr 2021 10:18
1 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Donbasda "Bayraqdar" pilotsuz uçuş aparatından istifadə etməklə Minsk razılaşmalarını pozmur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri, Donbas üzrə üçtərəfli təmas qrupunda nümayəndə heyətinin mətbuat katibi Aleksey Aretoviç deyib.

"Biz çox vacib bir şeyi aydın başa düşməliyik ki, Minsk razılaşmaları xarici pilotsuz təyyarələrdən istifadənin qadağan olunduğunu göstərir. Ukrayna Silahlı Qüvvələrində xidmət edən pilotsuz təyyarələr isə heç bir halda xarici deyil. Vəssalam", - deyə o, bildirib.

Qeyd edək ki, bundan öncə də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu müxtəlif ölkələrə satılan "Bayraqdar" PUA-larının artıq Türkiyənin hesab edilmədiyini söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.