Dünya

Çavuşoğlu Kiyevin "Bayraqdar"la zərbəsini şərh etdi

31 Oktyabr 2021 11:07
1 Şərh     Baxış: 961
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir ölkə bizdən, başqa ölkədən silah alırsa, o silahı Türkiyə, Rusiya və ya Ukrayna silahı adlandırmaq olmaz.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı müxbirin Donbasda Türkiyə istehsalı olan PUA-nın istifadəsi ilə bağlı sualına cavabında deyib.

"Əgər bir ölkə bizdən silah alırsa, o artıq Türkiyənin deyil. Ola bilsin ki, Türkiyədə istehsal olunub, ancaq Ukraynaya məxsusdur. Bunun üçün Türkiyəni qınamaq olmaz", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, Ukrayna ordusunun Donbasda "Bayraqdar"dan ilk dəfə istifadə edərək, haubitsanı məhv etməsi Rusiyanın ciddi etirazına səbəb olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.