Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə KİV-ləri bu ölkədə 4 Rusiya, bir Ukrayna və bir Özbəkistan vətəndaşının həbs olunduğunu xəbər verir. Əməliyyat hələ oktyabrın 8-də keçirilib, amma bu haqda mətbuata bir neçə gün əvvəl məlum olub. "Hürriyet" qəzeti oktyabrın 20-də yazıb ki, İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində "koordinasiyalı əməliyyat" keçirilib və nəticədə 6 nəfər həbs olunub. Bunlardan dördü Rusiya vətəndaşlarıdır - Abdulla Abdullayev, Rövşən Əhmədov, Beslan Rasayev və Aslanbek Abdulmuslimov. Habelə Ukrayna vətəndaşı İqor Yefrim və Özbəkistan vətəndaşı Amir Yusupov da həbs olunublar. Məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib, qəzet bu şəxslərin "siyasi və ya hərbi casusluq fəaliyyətinə" görə həbs edildiklərini bildirir, amma rəsmən bu haqda heç bir açıqlama verilməyib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, oktyabrın 21-də rəsmi "Anadolu" agentliyi də bu haqda məlumat yayıb və saxlanılan şəxslərin barəsində İstanbul 5-ci Ağır Cəza Məhkəməsinin həbs qərarı verdiyini bildirib. Agentlik həmin şəxslərin siyasi və ya hərbi casusluq fəaliyyətində ittiham olunduqlarını qeyd edib. Bu maddələr üzrə onları 15 ildən 20 ilə qədər həbs gözləyir.
CNN Türk kanalı isə öz reportajında saxlanılan şəxslərdən silah, pullar və Rusiya pasportları tapıldığını əks etdirən kadrları yayıb. Telekanal qrupun vəzifəsinin Türkiyədəki çeçen müxalifət fəallarını öldürmək olduğunu bildirib. Bu süjetdən dərhal sonra Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyəyə qeyri-rəsmi səfər edib və qayıdanda bildirib ki, orada "şaytanlar" yoxdur. "RİA Novosti" agentliyi isə Türkiyə XİN-ə həbs olunanlarla bağlı sorğu göndərib. Sorğuya cavab olaraq bildirilir ki, XİN-də bu barədə heç nə məlum deyil.

"Gazeta.ru" qeyd edir ki, həbs olunanlarla bağlı Türkiyə hüquq-mühafizə orqanlarının rəsmi məlumatı yayılmayıb. Bütün məlumatlar "Hürriyet" və "Anadolu" ya əsaslanır. Türkiyənin güc strukturlarına yaxın mənbə isə "Gazeta.ru"ya bildirib ki, həqiqətən rusiyalılar həbs ediliblər. Mənbənin bildirdiyinə görə, saxlanılanlar nəinki müxalifətçiləri öldürmək, eləcə də hərbi sirləri ələ keçirmək niyyətində olublar. Belə ki, istintaq saxlanılan şəxslərin "Bayraktar" pilotsuz döyüş təyyarələri və perspektiv silah növlərinə dair digər layihələr barədə detallı informasiyaları araşdırmaq, ələ keçirmək cəhdlərini də araşdırır.
Sayt qeyd edir ki, bu "siyasi və hərbi casusluq" işi Türkiyə ilə Rusiya arasında Suriya ilə bağlı artan ziddiyyətlər fonunda inkişaf edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
XƏBƏR LENTİ
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq





