Dünya

Yolunu azan cavabını alacaq - Ankaradan xəbərdarlıq

17 Oktyabr 2021 13:52
0 Şərh     Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Şimali Kiprin Aralıq dənizinin şərq hissəsi ilə bağlı mövqeyini görməzdən gəlməklə nəticə əldə etmək olmaz.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.

"Yunanıstan və Cənubi Kipr rəhbərliyi Malta bayraqlı gəmi ilə daxili sularımızda araşdırma aparmağa cəhd göstərir. Bir daha xəbərdarlıq edirik. Aralıq dənizində rotasını itirən cavabını alar. Kimlə əməkdaşlıq edirlərsə etsinlər. Ancaq sığındıqlarına inanaraq Türkiyəyə qarşı səhv addım atmağa çalışmasınlar. Tarixdə olduğu kimi, bu gün də, gələcəkdə də alacaqları cavabı çox yaxşı bilirlər", - F.Oqtay bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.