Dünya

Rusiyada saxta içkiyə görə saxlanılan azərbaycanlı - “Özüm içmirəm”

14 Oktyabr 2021 08:48
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Orenburq vilayətində saxta içkidən kütləvi zəhərlənmədən sonra polis reydlər keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, belə reydlərin birində Sankt-Peterburqda Suzdal prospektində saxta içki hazırlayan qaraj aşkarlanıb.

Qarajda istehsalla məşğul olan şəxs 32 yaşlı azərbaycanlıdır.

O, Rusiyaya 5 il əvvəl gəldiyini və əvvəlcə yükdaşıyan işlədiyini deyib. Azərbaycanlının sözlərinə görə, hazırda o, "araq bağlayır" və hər gün işlədiyi sexdə 10-15 qutu saxta içki hazırlayır.

Polisin "İnsanların bundan zəhərləndiyini bilirsinizmi" sualına saxlanılan şəxs "yox" cavabını verib və özünün içmədiyini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.