Dünya

Pakistanın nüvə proqramının rəhbəri vəfat edib

10 Oktyabr 2021 10:44
0 Şərh     Baxış: 405

Pakistanın nüvə fizikası üzrə alimi, ölkənin nüvə proqramının rəhbəri Əbdül Qadir Xan 86 yaşında dünyasını dəyişib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, alimin ölümünə səbəb koronavirusa yoluxduqdan sonra yaranan ağır xəstəlik olub. Mərhumun şərəfinə bir neçə anım tədbiri keçiriləcək.

Pakistanda nüvə proqramının inkişafı 1956 -cı ildə Pakistan Atom Enerjisi Komissiyasının yaradılması ilə başlayıb.

Əvvəllər uran zənginləşdirilməsi üçün qaz santrifüjləri istehsal edən URENCO Avropa konsorsiumunda işləyən Əbdül Qadir Xan 1975 -ci ildə nüvə proqramının inkişafına qoşulub.

Milli.Az 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.