Dünya

Yeni istifadəçi axını səbəbindən "Telegram"ın işində çətinlik yaranıb

4 Oktyabr 2021 23:57
0 Şərh     Baxış: 1 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Telegram" messencerinin serverlərində ciddi dərəcədə yüklənmə səbəbindən çətinliklər yaranıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin "Twitter"dəki mikrobloqunda bildirilib.

Yüklənməyə səbəb "WhatsApp"ın işində yaranmış problem olub. Bunun fonunda "Telegram"da istifadəçi axını artıb və çətinliklər qeydə alınmağa başlayıb.

"WhatsApp"dan keçən bütün yeni istifadəçilərdən məmnunuq, ancaq serverlərin hamısının öhdəsindən gəlməsi çətindir", - deyə "Telegram" istifadəçilərdən birinə cavab olaraq yazıb.

Qeyd edək ki, "Facebook", "Instagram" və "WhatsApp"da bütün dünyaya təsir edən kütləvi fasilələr yaranıb. Daha sonra istifadəçilər "Telegram", "Twitter", "Google" və "TikTok"un işində problemlərlə bağlı şikayətlər bildirməyə başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.