Dünya

Dünyanın ən ekoloji cəhətdən təmiz təyyarəsi istehsal olundu

2 Oktyabr 2021 12:36
0 Şərh     Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Air France, yeni Airbus A220-300 təyyarəsinin ilk buraxılışı aldı - bu, daşıyıcının donanmasının qlobal yeniləməsinin başlanğıcıdır.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, Air France, Airbus-dan 60 ədəd A220 təyyarəsi sifariş etdi. 2025-ci ilə qədər olan dövrdə, tədricən bu gün xidmətdə olan A318, A319 və bəzi A320 təyyarələrini əvəz edəcəklər. Bununla, hava yolu donanmasını daha sürətli, daha səmərəli və ekoloji cəhətdən daha təmiz təyyaralərlə təmin edəcəklər.

A220-300, öz sinifindəki ən səssiz və ən yenilikçi, dar gövdəli təyyarə sayılır. Əvvəlcə model Bombardier CS3000 adlanırdı, lakin 2018-ci ilin iyul ayında tərəfdaşlar onun adının dəyişdiyini elan etdilər.

Air France, A220-300-ün performansın əsas üstünlükləri:

- Oturacaq başına xərcləri 10% azaldır

- Əvvəlki nəsil təyyarələrdən 20% az yanacaq istehlak edir

- CO2 emissiyalarını 20% azaldır

- Səs-küyün səviyyəsini 34% azaldır

Yeni təyyarə Air France-ın qısa və orta uçuşlar şəbəkəsinə qoşulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.