Dünya

PKK-nın erməni komandiri "türk bıçağı" ilə məhv edildi - DETALLAR

30 Sentyabr 2021 12:02
0 Şərh     Baxış: 2 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə mətbuatı Milli İstihbarat Təşkilatının və INTERPOL-un axtarış siyahısında qırmızı xətlə keçən terrorçu Engin Karaaslanın məhv edilməsi üzrə uğurlu bir əməliyyat keçirdiyini yazıb.

Milli.Az xəbər verir ki, pilotsuz uçuş aparatının köməyi ilə endirilən zərbə Suriyanın Kamışlı şəhəri ərazisində baş tutub. Terrorçunun mühafizəçiləri ilə sərhəd qəsəbəsi boyunca hərəkət etdiyi Toyota Land Cruiser avtomobilinə yüksək dəqiqliklə zərbə endirilib.

R9X bıçaqlı raket "General Atomics MQ-9 Reaper" pilotsuz uçuş aparatlarının geniş çeşidinə daxildir. Bu əməliyyat Əhməd Həsən Əbu Xeyr əl-Masrinin İdlibdə məhv edilməsini xatırladıb. Haydar Varto ləqəbli Engin Karaaslanın ortadan qaldırılması mühüm bir nailiyyətdir.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.