Dünya

ABŞ: Mərkəzi Asiya bizi Rusiya və Çinə alternativ görür

29 Sentyabr 2021 12:00
0 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Asiyanın bir sıra ölkələri ABŞ-la əlaqələri davam etdirməkdə maraqlıdır və bunu Rusiya ilə Çinlə qarşılıqlı əlaqənin alternativi hesab edirlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Kennet Makkenzi deyib.

O bildirib ki, bu yaxınlarda Qazaxıstanın paytaxtı Nur-Sultanda konsultasiyalarda iştirak edib və Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri ilə müzakirələr aparıb:

"Onlar əvvəlki kimi ABŞ-la əlaqələrinin olmasını istəyirlər. Təəssüf ki, coğrafi baxımından onlar hər zaman Rusiya və Çinlə çalışmalı olacaqlar. Lakin düşünürəm, partnyorlarımız əmin olmaq istəyirlər ki, ABŞ Əfqanıstandan getdikdən sonra belə onlardan üz çevirməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.