Perm-Yekaterinburq yolunda piyada keçidi avtomobillərin üzərinə aşıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində ölənlər var.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qurbanlar iki yük maşınının sürücüləridir.
"Yol qəzası nəticəsində hər iki sürücü aldıqları xəsarətdən hadisə yerində ölüb. Hazırda federal magistral yolunun bir hissəsi hər iki istiqamətdə bağlanıb", - deyə məlumatda bildirilir.
İlkin məlumata görə, hadisəyə səbəb yük maşını sürücüsünün kuzovu endirməməsi və onun yerüstü piyada keçidinin strukturuna toxunması olub. Nəticədə keçid "MAN"-ın və əks istiqamətdə hərəkət edən "Qazel"in üzərinə düşüb.
Milli.Az