Dünya

Etirazçılar özlərini yerə yapışdırdılar - FOTO

28 Sentyabr 2021 12:00
0 Şərh     Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada polis magistral yolların birində nəqliyyata mane olan 50-dən çox fəalı həbs edib.

"Insulate Britain" hərakatının eko-fəalları "Heathrow" hava limanının yaxınlığındakı ən əhəmiyyətli magistrallardan birində yapışdırıcı ilə özlərini yerə yapışdırıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildirilib ki, 53 nəfər saxlanılıb, hərəkətin pozulmasını minimuma endirmək üçün çalışıblar.

Polis etirazçılardan bəzilərinin asfaltın səthinə yapışdırılmasının hüquq-mühafizə orqanlarının işini çətinləşdirdiyini də bildirib.

Hökumətin iqlim dəyişikliyi ilə mübarizə üçün heç bir şey etmədiyini düşünən etirazçılar son on gündə özlərini asfaltın üzərinə yapışdıraraq, Londonun əsas magistral yollarından biri olan A25-də böyük tıxaclar yaradıblar. Polis artıq 300-ə yaxın həbs həyata keçirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.