Dünya

Fransada elektrik enerjisinin qiyməti artıb

22 Sentyabr 2021 21:25
0 Şərh     Baxış: 1 236
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransada təbii qaz və yanacağın qiymətinin artmasından sonra elektrik enerjisinin də qiyməti artıb. Artıq ölkədə bir ailə elektrik enerjisinə ildə 1550 avro yox, 1700 avro ödəyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fransada hər bir ev elektrik enerjisi üçün ildə 150 avro artıq ödəməli olacaq. Ölkədə 2007-ci ildən bu günədək elektrik enerjisinin qiyməti 60 faiz artıb.

Fransada təbii qaz satışının qiyməti iyulda 10 faiz, avqustda 5 faiz, sentyabrın 1-dən isə 8,7 faiz artıb. Təbii qazın qiymətinin artma səbəbi bütün dünyada baş verən artımla əlaqələndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.