İran dayanmır: İndi də bu yolla Ermənistana yük daşıyır - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İrandan gələn TIR-ların Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən yan keçməklə Ermənistana yük daşıdığını əks etdirən video yayılıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, erməni sosial şəbəkə istifadəçiləri dolambac və sərt döngələrdə İran yük maşınlarının ciddi problemlər və təhlükələrlə üzləşdiyi, buna baxmayaraq, sisternlər və böyük yük maşınları ilə daşımaları davam etdirdiyini qeyd ediblər.
Videodan da aydın görünür ki, İran yük maşınları ardarda düzülüb və Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21 kilometrlik hissəsindən yan keçərək, təhlükəli yola baş vuranlar sisternlərdən daha çox, fərqli yüklər daşıyan TIR-lardır. Bu isə ciddi suallar yaradır.
Gorus-Qafan yolundakı Azərbaycan postu İran yük maşınlarından tranzit haqqı alır və bu, o yüklər üçün o qədər də böyük məbləğ sayılmır. Maraqlıdır, necə olur ki, TIR-lar 100-150 dollara tranzit ödəməmək üçün ən təhlükəli yoldan istifadə edirlər? Nəzərə alsaq ki, həmin yoldan istifadə edən ağır yük maşınlarının amortizasiyasına tranzit pulundan daha çox vəsait xərclənməsi tələb olunur. Eyni zamanda, bu təhlükəli yolda artıq 3 İran TIR-ı qəzaya uğrayıb və ölüm baş verib.
İran TIR sürücülərinin qəzanı, nəqliyyatın hərəkətində ciddi maneəni nəzərə almaması və daha artıq amortizasiya xərcləri çəkməsi, "ölümü göz altına alma"sının 100 dollar tranzit haqqına görə olduğunu düşünmək isə mübahisəlidir. Burda yalnız iki ehtimal ola bilər: ya İran öz yük maşınlarına Azərbaycana xeyir verməmək üçün bu təhlükəli yoldan istifadəni qəti şəkildə tapşırıb, ya da İran TIR-larından bəzilərinin bu yolu seçməsinin səbəbi daşıdıqları yükün gizli qalmasını təmin etmək üçündür.
Maraqlıdır, İran TIR-ları Ermənistana nə daşıyır? Niyə TIR-larla yüklərin daşınması kəskin artıb?
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
Bu qoç 1 milyon dollara satıldı
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
XƏBƏR LENTİ
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)





