Dünya

Rusiya Dövlət Dumasına seçkilər başa çatıb

19 Sentyabr 2021 22:11
0 Şərh     Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Moskva vaxtı ilə 20:00-da paytaxtda və ölkənin Mərkəzi regionlarında seçki məntəqələri bağlanıb.

Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir. Ölkə üzrə seçici aktivliyi 50 faizdən çox olub.

Parlamentin aşağı palatası ilə paralel olaraq Rusiya subyektlərinin regional və yerli hakimiyyət orqanlarına, o cümlədən yerli qanunverici orqanlara seçkilər keçirilib.

Rusiya parlamentinin aşağı palatasına seçilmək üçün partiyalar tərəfindən namizədliyi irəli sürülmüş 3812 nəfər mübarizə aparıb. Təkmandatlı dairələrdən isə parlamentdə üzv seçilmək üçün namizədlərin sayı 2020 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.