Dünya

Qaribaşvilidən qonşu ölkələrlə əməkdaşlıqla bağlı - Açıqlama

16 Sentyabr 2021 08:23
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ölkələrimizin təhlükəsizliyinin, sabitliyinin və davamlı inkişafının yeganə yolu bölgədəki reallığı nəzərə alaraq, qonşu ölkələrlə səmərəli əməkdaşlıqdır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin Tbilisidə səfərdə olan ədliyyə naziri Əbdülhəmid Gül ilə görüşdə söyləyib.

Bildirilib ki, görüşdə Gürcüstan ilə Türkiyə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regionda yaranmış yeni reallıqlar, ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

İrakli Qaribaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyini, eləcə də, Avroatlantik inteqrasiyasını dəstəklədiyinə görə Türkiyə tərəfinə minnətdarlıq edib.

Baş nazir ölkəsinin Türkiyə ilə strateji tərəfdaşlığı, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu və bütün bunların rəsmi Tbilisinin xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb.

Söhbət zamanı Gürcüstan hökumətinin Türkiyə ilə ədalət, qanunun aliliyi və insan hüquqları sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğu xüsusi qeyd edilib.

Baş nazir, bu istiqamətdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını xüsusi qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.