Dünya

Taliban hökumətini tanımayın! - Səfir

9 Sentyabr 2021 12:00
0 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Talibanın elan etdiyi müvəqqəti hökumət qeyri-qanunidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Aqbar deyib.

Diplomat beynəlxalq ictimaiyyəti bu hökuməti tanımamağa çağırıb:

"Bu, törətdikləri cinayətlərdən dolayı Quantanomada həbsdə olan insanların qurduğu hökumətdir".

Səfirin sözlərinə görə, özü Əfqanıstan vitse-prezidenti Əmrullah Salehi təmsil edir. O deyib ki, ölkənin xaricdəki 67 diplomatik nümayəndəliyi Taliban hökumətini tanımır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.