Dünya

Artıq bitdi, Azərbaycan dilini öyrənin - rusiyalı məşhur ekspert

8 Sentyabr 2021 17:48
1 Şərh     Baxış: 2 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ermənistanın dişlərini qırıb. Bu səbəbdən Ermənistan hərbi nöqteyi-nəzərdən Azərbaycana bata bilməz, siyasi oyunlardan istifadə etmək cəhdləri isə İrəvan üçün uğursuz yekunlaşacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bölüşüb.

"Artıq biz yeni geosiyasi reallıqda yaşayırıq. Odur ki, bu gün bütün bu erməni çoxgedişli oyunları heç kimi təsirləndirmir və bu cəhdlər heç bir nəticə verməyəcək. Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yaşamağa məcbur olacaq. Bu gün bu, onun üçün yeganə alternativdir. Bitdi artıq başqalarının torpaqlarına göz dikmək!

Qarabağ Azərbaycandır! Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycan dilini öyrənməyə başlamalı, özlərini Azərbaycan pasportlarının alınmasına hazırlamalıdırlar. Onların Azərbaycan Respublikasının rəhbərinin vəd etdiyi mədəni muxtariyyəti olacaqdır. Lakin status heç vaxt olmayacaq", - deyə rusiyalı ekspert qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.