Dünya

Nipah virusundan ilk ölüm qeydə alındı

6 Sentyabr 2021 14:50
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan həkimlərinin Nipah virusu ilə əlaqədar ilk ölümün qeydə alındığı xəbəri yayılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kerala ştatında 12 yaşlı oğlan vəziyyəti ağırlaşdıqdan sonra vəfat edib. 

Yerli hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görür.

12 yaşlı oğlanın ölümü ilə əlaqədar olaraq yerli hakimiyyət orqanları Kerala əyaləti ilə sərhəddəki 9 rayonda vəziyyəti izləməyə başlayıblar.

Hökumət bölgəyə xəstəliklərə nəzarət üzrə milli mərkəzdən mütəxəssislər göndərib.

Xatırladaq ki, Nipah virus yerli yarasalarda bu ilin iyun ayının sonunda aşkarlanıb.

Yarasa virusu NiV (Nipah), yoluxduqda tənəffüs yollarının xəstəliklərinə və bəzi hallarda beynin iltihabına səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.