Dünya

Əfqanıstan respublikadan əmirliyə keçir

6 Sentyabr 2021 09:50
1 Şərh     Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Taliban hakimiyyəti altında olan Əfqanıstan respublikaçı konstitusiyanı əvəz etmək üçün mütləq yeni bir konstitusiyaya ehtiyac duyacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Əfqanıstan parlamentinin aşağı palatasının baş katibi Əbdülqədir Zazai Vətəndost deyib.

"Taliban mövcud konstitusiyanı qəbul etmir və eyni zamanda öz konstitusiyası da yoxdur. Onlar hər şeydən əvvəl yeni bir əsas qanuna ehtiyac duyacaqlar", - deyə o, qeyd edib.

Ölkə parlamentinin işinin perspektivləri ilə bağlı Vətəndost qeyd edib ki, Əfqanıstanda indi respublika quruluşundan əmirliyə keçid var və bu, parlamentin olmasını nəzərdə tutmur. Ancaq o, bu qanunverici orqanın ləğv edilib-edilməyəcəyi sualına cavab verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.