Dünya

Kim Çen In BMT-nin peyvəndləmə proqramından imtina edib

4 Sentyabr 2021 08:18
1 Şərh     Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In BMT-nin dəstəklədiyi peyvənd proqramı çərçivəsində təklif olunan bəzi xarici koronavirus peyvəndlərindən imtina edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Koreya İşçi Partiyası Siyasi Bürosunun iclasında Şimali Koreya lideri virusların qarşısının alınması və tibb işçilərinin ixtisaslarının artırılması üçün maddi və texniki vasitələrə ehtiyac olduğunu qeyd edib.

Qeyd edək ki, daha əvvəl KXDR 3 milyona yaxın COVID-19 peyvəndindən imtina edib. Şimali Koreya səlahiyyətliləri ölkəyə təklif olunan bu dozaların başqa yerə yönləndirilməsini istəyib.

Xatırladaq ki, 2020-ci ilin sonunda rəsmi Pxenyanın aşağı gəlirli ölkələrə peyvənd tədarük edən beynəlxalq COVAX proqramına qoşulmaqda maraqlı olduğu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.