Dünya

Bu yay rekord sayda italiyalı xaricə səyahət edə bilməyib

3 Sentyabr 2021 21:45
0 Şərh     Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay fəslində rekord sayda italiyalı tətilini ölkə daxilində keçirməyə üstünlük verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyul-avqust aylarında 23 milyon italiyalı xarici ölkələrə səyahət edə bilməyib. Bu göstərici 2019-cu ilə nisbətən 5 milyon nəfər çoxdur. Yerli turizm şirkətlərinin məlumatına görə, bu, proqnozlaşdırılan göstəricidir.

Pandemiya dövründə - 2020-ci ildə 17 milyon, 2019-cu ildə isə 18 milyon italiyalı daxili turizmə üstünlük verib. Hesabat dövründə ölkəyə 6 milyon xarici turist gəlib.

Mütəxəssislərin dediyinə görə, bu, "Green pass" vaksin pasportunun müsbət təsirlərindən qaynaqlanır. Vaksinasiya prosesinin sürətlənməsi sayəsində ölkə pandemiyanın ən pis vəziyyətindən çıxdıqca İtaliya iqtisadiyyatında da artım özünü göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.