Dünya

"Türkiyədə həftədə 5 gün fasiləsiz əyani təhsilə başlanılacaq" - NAZİR AÇIQLADI

3 Sentyabr 2021 09:42
0 Şərh     Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Məktəbəqədər hazırlıq və birinci siniflər üçün dərslər iki gündür problemsiz şəkildə davam edir, sentyabrın 6-dan isə həftədə 5 gün fasiləsiz əyani təhsilə başlanılacaq".

Milli.Az xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Mahmut Özər açıqlayıb.

Nazir deyib ki, məktəblərdə görüləcək tədbirlərlə bağlı plan Türkiyənin bütün valiliklərinə göndərilib:

"Məktəblərimiz ilk açılan və son bağlanan müəssisələr olmalıdır".

Nazir deyib ki, onlayn təhsil sistemi nə qədər uğurlu olsa da, əyani təhsildən keyfiyyətli olmadığına görə məktəblərdə əyani təhsilin davamı üçün müvafiq tədbirlər görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.