Dünya

Yeniyetmələrdə sağalandan sonra da koronavirusun simptomları qalıb

3 Sentyabr 2021 12:09
0 Şərh     Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada hər yeddi yeniyetmədən biri sağalandan üç ay sonra davamlı olaraq koronavirusun simptomlarını yaşayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həkimləri 11-17 yaş arası yeddi min nəfəri müayinə ediblər. 2021-ci ilin yanvar-mart ayları arasında müayinə olunanların yarısında PCR testinin nəticələri müsbət olub. Onların məlumatları eyni dövrdə mənfi nəticələr göstərən eyni ölçülü qrupla müqayisə edilib.

Məlum olub ki, COVID-19-dan sağalan xəstələrin 14 faizi (sorğuda iştirak edən hər yeddi nəfərdən biri) üç aydan sonra üç və ya daha çox davamlı simptomdan əziyyət çəkib. Yeniyetmələrin təxminən yeddi faizidə (14 nəfərdən biri) beş və ya daha çox koronavirus əlaməti müəyyən edilib.

Xəstəliyin ən çox yayılmış "qalıqları" baş ağrısı və yorğunluq olub. Eyni zamanda, mütəxəssislər yeniyetmələr arasında COVID-19-un ciddi nəticələrini müəyyən etməyiblər.

Qeyd edilir ki, yeniyetmələrdə koronavirusun böyüklərə nisbətən daha az ciddi nəticələri qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.