Dünya

Lavrov Ermənistanın yeni XİN başçısı ilə görüşüb

31 Avqust 2021 16:32
Baxış: 1 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağ nizamlanması ilə bağlı vəziyyət danışıqlarımızda ayrıca mövzudur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanla Moskvada görüşü zamanı bildirib.

"Burada bir sıra məsələlər var ki, onları birbaşa dövlət başçıları müzakirə edir. Elə məsələlər də var ki, gündəlik əsasda onları bizim hərbçilərimiz, sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə həll edirlər. Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi üzrə Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup fəaliyyət göstərir. Ona görə də, hesab edirəm ki, bizim əhatəli gündəliyimiz var", - deyə S. Lavrov erməni həmkarı ilə görüşündə deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.