Dünya

Rusiyadan Ermənistana səfər edənlərin sayı kəskin azalıb

31 Avqust 2021 10:02
0 Şərh     Baxış: 1 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın dövlət orqanlarının rəsmi statistikasına əsasən, 2020-ci ildə ölkəyə təxminən 1,5 milyon nəfər turist gəlib.

Bu barədə Milli.Az "Report"a istinadən xəbər verir.

Qeyd edilir ki, bu, 2019-cu illə müqayisədə 80,2 % azdır.

Ermənistanın turizm sferasında böhran bu il də davam edir. Məlumata görə, 2021-ci ilin yanvar-iyununda Ermənistana 239 263 turist səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,2 % və ya 68 327 nəfər azdır.

"Bu ilin birinci altı ayı ərzində Rusiyadan turistlərin sayı kəskin azalıb. Cari ilin yanvar-iyununda Rusiyadan Ermənistana 93 537 nəfər turist gəlib. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 22,8 % azdır", - agentlik vurğulayıb.

"Bütovlükdə rəsmi statistika onu göstərir ki, Ermənistanın turizm sferasının bərpası bir neçə il vaxt apara bilər", - mətbu orqan qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.