Dünya

Bu ölkə Kabildən təxliyyəni tamamladı

29 Avqust 2021 20:35
0 Şərh     Baxış: 1 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya hökuməti Kabil Hava Limanından son uçuşu həyata keçirərək Əfqanıstandan təxliyəni sona çatdırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Ben Volls şəxsi tvitter səhifəsində paylaşım edib.

"Kral Hərbi Hava Qüvvələrinin son təyyarəsi Kabil Hava Limanından ayrılaraq təxliyəyə son qoyub. 14 gündə 165-dən çox uçuş edərək 15 mindən çox insanı təxliyə etdik", - o yazıb.

Krallığın Kabildəki səfirliyi Əfqanıstanda diplomatik nümayəndəliyi bərpa olunana qədər müvəqqəti olaraq Qətərə köçürüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.