Dünya

Bu ölkə normal həyata qayıdır

28 Avqust 2021 11:00
0 Şərh     Baxış: 1 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarka hökuməti koronavirusa qalib gəldiyini elan edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rəsmi Kopenhagen "COVID-19"la bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün hərəkətə keçib.

Qeyd olunub ki, qadağalar iki həftə ərzində qüvvədən düşəcək.

Ölkədə hazırkı vəziyyəti şərh edən səhiyyə naziri Maqnus Hoynike "virus nəzarət altındadır",- deyə bildirib.

Vurğulanıb ki, vətəndaşların 70 faizindən çoxu vaksinasiyada iştirak edib.

Qeyd edək ki, Danimarka sərt karantin rejiminə keçən ilk ölkələrdəndir. Son həftələrdə ictimai nəqliyyatda maska tələbi ləğv edilib.

Koronavirus pasportunun tələbi isə iki həftə sonra deaktiv olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.