Dünya

Meksika donanmasına aid helikopterin qəza anı - VİDEO

26 Avqust 2021 12:16
0 Şərh     Baxış: 2 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Hərbi-Dəniz Qüvvələrinə məxsus "Mi-17" helikopteri Meksikanın İdalqo ştatında havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, helikopterin göyərtəsində Verakrus ştatının daxili işlər naziri olub, hadisənin baş verməsi anının videogörüntüləri də sosial şəbəkələrdə yayılıb.

"Grace" qasırğası nəticəsində ziyan görmüş bölgələri araşdırdığımız Hərbi-Dəniz Qüvvələrinin helikopterinin qəzaya uğramasından sonra göstərdiyiniz dəstəyinizə görə təşəkkür edirik. Xoşbəxtlikdən heç bir itki olmadı. Bir az zərər görsək də, kömək etməyə davam edirik", - deyə Verakrus ştatının daxili işlər naziri Erik Sisneros Burqos "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə helikopterin havaya qalxdıqdan sonra idarəetmənin itirilməsi nəticəsində yerə düşdüyü anbaan görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.