Dünya

"Taliban" əfqanıstanlıları Kabil hava limanına buraxmır

26 Avqust 2021 08:53
0 Şərh     Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" Kabil hava limanına girişi Əfqanıstan vətəndaşlarına bağlayıb, ora yalnız xarici vətəndaşlar daxil ola bilər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "Taliban"ın mədəniyyət məsələləri üzrə komissiyasındakı mənbə bildirib.

Onun sözlərinə görə, "yerli sakinlər hava limanının qarşısında qəbuledilməz iğtişaş törədiblər və buna görə də bütün qapılar bağlanıb". O əlavə edib ki, "xarici vətəndaşlığı olan əfqanıstanlılara giriş növbəti bildirişə qədər bağlı olacaq".

Şahidlərdən birinin "RİA Novosti"yə verdiyi məlumata görə, silahlılar səfirliklərin maşınlarını girişdə saxlayırlar və onlara əfqan həmkarlarını götürüb hava limanına aparmağa icazə vermirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.