Dünya

Taliban Əfqanıstanda müqavimət liderinə təslim olmaq üçün dörd saat vaxt verib

22 Avqust 2021 17:37
0 Şərh     Baxış: 1 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taliban hərəkatı Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət hissələrinə bölgəni onlara təhvil vermək üçün 4 saat vaxt verib.

Milli.Az bildirir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, hərəkat üzvləri Əhməd Məsuda (Taliban müqavimətinin lideri) Pəncşir əyalətini Talibanın nəzarətinə keçməsi üçün dörd saat vaxt veriblər.

Talibanın bu əyaləti ələ keçirmək üçün əməliyyata başlamağa tam hazır olduğu qeyd edilir.

Eyni zamanda, "Əl Cəzirə" telekanalının məlumatına görə, Taliban yaxın vaxtlarda Məsudla görüşmək üçün bir heyət göndərəcək. Görüş zamanı Pəncşirdəki vəziyyət müzakirə ediləcək və Məsudun irəli sürdüyü tələblərin yerinə yetirilməsinə zəmanət verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.