"Taliban" hərəkatının siyasi qanadının lideri Molla Abdul Qəni Bəradər hökumətin formalaşdırılması istiqamətində müzakirələrin aparılması üçün Kabilə gəlib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə AFP "Taliban" rəhbərliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu gün Kabilə gələn Molla Abdul Qəni Bəradər inklüziv hökumətin yaradılması üçün müzakirələr aparacaq.
Səfərin digər detalları açıqlanmayıb.
Qeyd edək ki, "Taliban"ın inklüziv hökumətin təsis edilməsi ilə bağlı ötən həftədən etibarən müzakirələrə başladığı bildirilir. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla və sabiq prezident Həmid Kərzai avqustun 18-də "Taliban"ın müttəfiqi olan Haqqani şəbəkəsinin lideri Siracuddin Haqqaninin yaxın qohumu Xəlilurrahman Haqqani ilə görüşüb.
Milli.Az