Dünya

NATO Əfqanıstandakı missiyasını başa vurduğunu elan edib

20 Avqust 2021 22:55
0 Şərh     Baxış: 667
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"NATO Əfqanıstandakı missiyasını tamamladı, müttəfiqlər indi yalnız Kabul hava limanının ərazisindədir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu NATO-nun Baş katib Yens Stoltenberq alyansın xarici işlər nazirləri ilə keçirilən videokonfransdan sonra deyib.

Baş katib hər bir ölkənin Əfqanıstana çatdırılan silah və texnikaya görə məsuliyyət daşıdığını bildirib: "Bir sıra ölkələr Əfqanıstanda bütün qüvvələrini və texnikalarını geri qaytarmaq üçün mümkün olan hər şeyi etdi".

Yens Stoltenberq əlavə edib ki, bir çox müttəfiq ölkələr bugünkü iclasda əfqanları qəbul etmək təklifi ilə çıxış ediblər: "Əgər əfqanları təxliyə edə bilsək, onları müvəqqəti və ya daimi olaraq qəbul etməyə hazır olan ölkələr var. Bu ölkələr əfqanların ardınca təyyarə göndərməyə hazır olduqlarını açıqladılar"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.