Dünya

ABŞ bu şəxsin başına 5 milyon dollar qoydu

20 Avqust 2021 18:24
0 Şərh     Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Qvineya-Bisau silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Antonio İndjai haqqında məlumat verəcək şəxsə 5 milyon dollar mükafat ödəməyə hazırdır.

Milli.Az Axar.az-a istinbadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

"ABŞ Dövlət Departamenti Qvineya-Bisau vətəndaşı Antonio İndjainin tutulması və ya ona qarşı məlumat verəcək şəxsə 5 milyon dollara qədər mükafat təklif edir", - o qeyd edib.

Bildirilir ki, İndjai narkotik ticarəti, sui-qəsd, kokain idxalı, xarici terror təşkilatına maddi dəstək vermək kimi cinayətlərdə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.