Dünya

3 uşaq atasını öldürən qatil sevgilisi ilə canlı yayım açdı - VİDEO

19 Avqust 2021 19:06
0 Şərh     Baxış: 12 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üç uşaq atasını öldürən şəxs əvvəlcə sevgilisi ilə canlı video çəkib, sonra polisə təslim olub.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, hadisə Dənizli şəhərində baş verib.
 
Dənizlidə toyda mübahisə düşəndən sonra üç uşaq atası Fatih Bozkayanı öldürən cinayətkar təslim olmamışdan az öncə sevgilisiylə sosial şəbəkə hesabında canlı yayım edərək sevgilisinə və dostlarına vida edib.
 
Şəxsin açdığı canlı yayım gündəmə çevrilib.
 
Həyat yoldaşının ölümündən sonra üç uşağı ilə birlikdə yaşamağa çalışan Sibel Bozkaya isə buna mənfi reaksiya göstərib. 
 
Qadın bildirib: "Üç uşağımı yetim qoymağa sənin haqqın yoxdur. Onun ən ağır cəzanı almasını istəyirəm. Həmin şəxs sosial şəbəkədə "Qapını aç, gözətçi" deyərək təslim olub. Valideynləri buna heç nə öyrətməyibmi? Mənim həyat yoldaşım məzarda yatarkən onun bu cür təslim olmağa haqqı yoxdur. Ən ağır cəzanı almalıdır"- deyib.
 
Qeyd edək ki, cinayətkar canlı yayımdan az müddət sonra polisə təslim olub. Etdiyi əməli boynuna alıb və həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.