Dünya

Əfqanların Avropaya köçünün qarşısının alınması ilə bağlı - Açıqlama

17 Avqust 2021 23:46
0 Şərh     Baxış: 1 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Prioritetlərimizdən biri Əfqanıstandakı yeni təhlükəsizlik vəziyyətinin Avropaya genişmiqyaslı köçə yol açmasının qarşısını almaqdır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ Xarici İşlər Nazirlərinin fövqəladə iclasında deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Aİ-yə üzv və tranzit ölkələrlə müzakirələr aparacaqlar.

"Alınacaq dərslər var və xüsusən əfqan ordusunun Taliban hücumlarına qarşı müqavimət gücü ilə bağlı yanlış proqnozların olduğunu qəbul etmək lazımdır. Gələcəkdə Türkiyə, Pakistan, İran, Çin və Rusiya ilə daha çox işləməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.