Dünya

Kriptovalyuta bazarının dəyəri iki trilyon dollara çatıb

17 Avqust 2021 11:00
0 Şərh     Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlərdə qiymət artımı ilə əlaqədar dünyada mövcud kriptovalyutaların ümumi dəyəri iki trilyon dollara çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ötən şənbə dəyəri 48.15 min dollaradək yüksələn "Bitcoin" avqustun 16-da 47 min dollar civarında qərarlaşıb.

Bununla yanaşı, "Ethereum"dan sonra dünyanın üçüncü kriptovalyutası sayılan "Cardano" da son bir neçə gün ərzində 47% bahalaşıb.

Ekspertlərin fikrincə, kriptovalyutaların bahalaşmasına onların bəzi ölkələrdə leqallaşdırılması haqqında yayılan xəbərlər səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.