Dünya

BMT-də Əfqanıstanla bağlı dinləmələr keçirilib

17 Avqust 2021 08:58
0 Şərh     Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ilə əlaqədar dünən təcili toplanan BMT Təhlükəsizlik Şurasında çıxış edən ABŞ-ın beynəlxalq təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfield Əfqanıstandan təhlükəsiz şəkildə təxliyə prosesinə icazə verilməsi üçün radikal hərəkata çağırış edib.

Milli.Az "Report"a istinadən bildirir ki, iclasda çıxış edən Qrinfield bölgədə mülki insanlara hücumların dayandırılmasının zəruri olduğunu deyib. O, Əfqanıstandakı bütün tərəfləri terrorun qarşısını almağa və ölkəni "terror nöqtəsi"nə çevirməməyə səsləyib. "Ölkəni tərk etmək istəyən bütün əfqanların və xarici vətəndaşların sağ-salamat çıxmasına icazə verilməlidir", - deyə ABŞ nümayəndəsi əlavə edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə çıxışında Əfqanıstanda çaxnaşmaya ehtiyac olmadığını vurğulayıb. "Taliban"la bağlı rəsmi addımlarımıza gəldikdə, vəziyyətdən asılı olmayaraq onlarla əlaqə quracağıq", - Rusiya təmsilçisi əlavə edib. Nebenzya Rusiyanın Kabildəki səfirliyinin normal fəaliyyətini davam etdirdiyini söyləyib.

İclasda çıxış edən Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Gen Şuanq "Taliban"ın Əfqanıstandakı bütün siyasi partiyalar və etnik qruplarla birləşərək geniş və əhatəli siyasi quruluş formalaşdırmasını gözlədiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.