Dünya

Tbilisidəki “Olimpiya kəndi”ndə səhra xəstəxanası qurulub - FOTO

16 Avqust 2021 22:30
0 Şərh     Baxış: 575
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanda epidemioloji vəziyyət daha da pisləşib. Hökumət xəstəxanalarda çarpayı problemini həll etmək üçün müxtəlif yollar axtarır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin təlimatı ilə Tbilisinin ən böyük idman obyektlərindən olan "Olimpiya kəndi"ndə 4 min çarpayılıq səhra xəstəxanası qurulub. "Olimpiya kəndi" çarpayı və digər lazımi avadanlıqla artıq təchiz olunub.

Epidemioloqlar infeksiyanın tüğyan etməsini koronavirusun yeni ştamlarının yayılması ilə əlaqələndirirlər. Hazırda Gürcüstanda "delta", "Britaniya" ştamları ilə yanaşı, "delta plyus" variantlarına da yoluxma faktları qeydə alınır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.