Dünya

Ermənistan MN-nin anbarında yanğın olub

12 Avqust 2021 13:09
1 Şərh     Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Müdafiə Nazirliyinin İrəvanın mərkəzində yerləşən anbarlarından birində yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın avqustun 11-də saat 18:38-də qeydə alınıb və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidmətinin altı yanğınsöndürmə və xilasetmə qrupu göndərilib.
Hadisə nəticəsində N saylı hərbi hissənin ərazisində təxminən 2,5 hektara yaxın ot örtüyü, 150 pəncərənin taxta çərçivələri və 15 ədəd şalban yanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.