Dünya

"İlk dəfə istifadə etdiyimiz PUA-lar vasitəsilə..." - Ərdoğan

11 Avqust 2021 23:24
0 Şərh     Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Meşə yanğınları başlayandan bu günə qədər bütün ehtimallar istiqamətində araşdırmalar davam edir, gəlinən nəticələri vətəndaşlarımıza bildirəcəyik".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"-yə müsahibəsində deyib.

Bu araşdırmalar nəticəsində saxlanılanların, həbs edilənlərin olduğunu vurğulayan Prezident Ərdoğan bu istiqamətdə Milli Kəşfiyyat Təşkilatı və Daxili İşlər Nazirliyinin Kəşfiyyat İdarəsindən verilən məlumatların mövcudluğundan danışıb: "Onların arasında ailələri terror təşkilatına bağlı olan insanlar da var".

R.T.Ərdoğan deyib ki, hazırda ölkə boyu baş verən meşə yanğınları nəzarətə alınmış vəziyyətdədir: "Hazırda yanğına ən qısa zamanda müdaxilə edə bilən ölkə mövqeyinə daxil olmuşuq. İlk dəfə istifadə etdiyimiz PUA-lar vasitəsilə 12 saniyə müddətində yanğına müdaxilə edirik".

Yanğınların ətraf ərazilərə yayılmaması və söndürülməsində Azərbaycandan verilən dost dəstəyini bir daha vurğulayan R.T.Ərdoğan Türkiyəyə bu istiqamətdə kömək göstərən bütün ölkələrə təşəkkür edib: "Rusiya, Azərbaycan, İran, Avropa İttifaqından İspaniya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Moldova, Belarus, Fransadan dəstək verildi, "keçmiş olsun" mesajları ünvanlayan çox ölkələr də oldu. Bu dəstəklərlə bağlı səmimi təşəkkürümü bildirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.