Dünya

“Taliban” bir gündə 3 şəhəri ələ keçirdi

9 Avqust 2021 13:13
0 Şərh     Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" radikal hərəkatının yaraqlıları bir gün ərzində Əfqanıstanın 3 əsas şəhərini ələ keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar Kunduz, Sar-e-Pul və Talukan şəhərləridir.

Məlumata əsasən, yaraqlılar ilk olaraq Tacikistan ilə sərhədə yaxın ərazidə yerləşən və vacib strateji məntəqə olan Kunduz şəhərini ələ keçirib. Kunduz ələ keçirildikdən dərhal sonra döyüşçülər Sar-e-Pul və Talukan şəhərləri üzərində nəzarəti ələ keçirib. 

Bəzi məlumatlara əsasən, "Taliban" yaraqlıları dinc sakinləri qətlə yetirir. 

Qeyd edək ki, Əfqanıstanda vəziyyət getdikcə pisləşir. Belə ki, hazırda ölkədə hökumət qüvvələri ilə "Taliban" hərəkatı döyüşçüləri arasında qarşıdurmalar davam edir. Xarici ölkələrin öz qüvvələrini Əfqanıstandan çıxarması ilə "Taliban" döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir.

KİV-in məlumatına görə, "Taliban" artıq ölkənin bir neçə bölgəsinə nəzarəti ələ keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.