Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 233 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 432 903, ölənlərin sayı isə 5 948 nəfərə çatıb. Virusa yoluxanlardan 390 827 nəfərin sağaldığı bildirilir.
Milli.Az