Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3196 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 419 534, ölənlərin sayı isə 5 820 nəfərə çatıb.
Virusa yoluxanlardan 382 393 nəfərin sağaldığı bildirilir.
Milli.Az