Dünya

“Sərhəddəki vəziyyətdən narahatıq” - BMT

29 İyul 2021 10:32
Baxış: 646
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"BMT Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak dünən keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, BMT hər iki ölkə arasında son insident də daxil olmaqla gərgin vəziyyət barədə xəbərləri narahatlıqla izləyir.

"BMT bu xəbərləri yoxlaya bilməsə də, hər iki tərəfi təmkinli olmağa, eskalasiyaya səbəb olacaq istənilən fəaliyyətdən imtina etməyə və mövcud problemləri danışıqlar yolu ilə həll etməyə çağırır", - deyə Farhan Hak qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.